23 oktyabr 2024. Çərşənbə

Bavariya Barselona'nı məğlub yola saldı


Bavariya Barselona'nı məğlub yola saldı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunda “Liverpul” doğma meydanda “Ayaks”ı qəbul edib və çətin qələbə qazanıb. Bu qrupun digər oyunu - “Reyncers”lə “Napoli”nin görüşü isə sabaha təxirə salınıb.

B qrupunda “Portu” doğma meydanda “Brügge”ni, “Bayer” isə Madrid “Atletiko”sunu sınağa çəkib. Portuqaliyada qonaqlar darmadağınla qalib gəlibsə, Almaniyada meydan sahibləri inamlı qələbə qazanıb.

Gecənin ən maraqla gözlənilən matçı C qrupunda baş tutub. Qrup mərhələsinə qələbə ilə start verən “Bavariya” Münhendə “Barselona”nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbə qazanıb. Qrupun digər oyununda Plzen “Viktoriya”sı Çexiyada “İnter”lə üz-üzə gəlib. Milan klubu da səfərdən qələbəyə sevinən tərəf olub 

D qrupunda “Tottenhem”i Portuqaliyada “Sportinq”in, “Ayntraxt” isə Fransada Marsel “Olimpik”in qonağı olub. London klubu səfərdən xalsız döndüyü gündə, Fransa təmsilçisi də doğma meydanda xal itkisi ilə üzləşib.

2-ci turun digər matçları sentyabrın 14-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
13 sentyabr

A qrupu

Liverpul (İngiltərə) – Ayaks (Niderland) 2:1
Qol: Salah, 17. Matip, 89 – Kudus, 27.

Reyncers (Şotlandiya) – Napoli (İtaliya) matçı sabaha təxirə salınıb

Xal: Napoli – 3. Liverpul – 3. Ayaks – 3. Reyncers – 0.

B qrupu

Portu (Portuqaliya) – Brügge (Belçika) 0:4
Qol: Yutqla, 15-pen. Sovah, 47. Olsen, 52. Nusa, 89.

Bayer (Almaniya) – Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Andrix, 84. Diabi, 87.

Xal: Brügge – 6. Atletiko – 3. Bayer – 3. Portu – 0.

C qrupu

Viktoriya (Plzen, Çexiya) – İnter (İtaliya) 0:2
Qol: Dzeko, 20. Dumfris, 70.

Bavariya (Almaniya) – Barselona (İspaniya) 2:0
Qol: L.Hernandes, 50. L.Sane, 54.

Xal: Bayern – 6. Barselona – 3. İnter – 3. Viktoriya – 0.

D qrupu

Sportinq (Portuqaliya) – Tottenhem (İngiltərə) 2:0
Qol: Paulinyo, 90. A.Qomes, 90+3.

Olimpik (Marsel, Fransa) – Ayntraxt (Frankurt, Almaniya) 0:1
Qol: Lindstrom, 43.

Xal: Sportinq – 6. Tottenhem – 3. Ayntraxt – 3. Olimpik – 0.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"