- Çempionlar liqası
- 15:45 31.01.2025
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulacaq. Corner.az xəbər verir ki, ikinci oyun günündə ümumilikdə 9 qarşılaşma baş tutacaq.
A qrupunun təxirə salınmış görüşündə “Reyncers” Şotlandiyada “Napoli”ni qəbul edəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su İtaliyada “Milan"la qarşılaşıb. Mahirin sonadək ehtiyatda qaldığı matçda komandası məğlubiyyətə üzülüb. E qrupunun digər matçında “Çelsi” “Zalsburq”u qəbul edəcək.
F qrupunda yer alan Donetsk “Şaxtyor”u "Seltik”lə qarşılaşıb və bu görüşdə qalib müəyyənləşməyib. Turnirin son qalibi “Real” isə evdə “Leypsiq”i sınağa çəkəcək.
Günün maraqla gözlənilən qarşılaşması “Mançester Siti” ilə Dortmund “Borussiya”sı arasında görüşəcək. “Şəhərlilər”in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Haland məhz Almaniya klubundan alınıb. Qrupun digər matçında “Kopenhagen” “Sevilya” ilə qarşılaşacaq.
H qrupunda isə “Yuventus” “Benfika”nı ilə, Hayfa “Makkabi”si də PSJ-ni qəbul edəcək.
UEFA Çempionarl Liqası
Qrup mərhələsi, 2-ci tur
14 sentyabr
A qrupu
23:00. Reyncers (Şotlandiya) – Napoli (İtaliya)
Xal: Napoli – 3. Liverpul – 3. Ayaks – 3. Reyncers – 0.
E qrupu
Milan (İtaliya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1
Qol: Jiru, 45. Salemakers, 47. Pobeqa, 77 – Orşiç, 56.
23:00. Çelsi (İngiltərə) – Zalsburq (Avstriya)
Xal: Dinamo – 3. Milan – 1. Zalsburq – 1. Çelsi – 0.
F qrupu
Şaxtyor (Donetsk, Ukrayna) – Seltik (Şotlandiya) 1:1
Qol: Mudrik, 29 – Bondarenko, 10-öz qapısına.
23:00. Real (İspaniya) – Leypsiq (Almaniya)
Xal: Şaxtyor – 3. Real – 3. Leypsiq – 0. Seltik – 0.
G qrupu
23:00. Kopenhagen (Danimarka) – Sevilya (İspaniya)
23:00. Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya)
Xal: Mançester Siti – 3. Borussiya – 3. Kopenhagen – 0. Sevilya – 0.
H qrupu
23:00. Yuventus (İtaliya) – Benfika (Portuqaliya)
23:00. Makkabi (Hayfa, İsrail) – PSJ (Fransa)
Xal: Benfika – 3. PSJ – 3. Yuventus – 0. Makkabi – 0.