27 mart 2026. Cümə

Messi rekordlara doymur


Messi rekordlara doymur

Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasında növbəti rekorda imza atıb.

Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu buna II turunun matçında səfərdə İsrailin “Makkabi”sinin qapısına qol vuraraq nail olub. 

 Argentinalı oyunçu İsrail klubu ilə görüşdə 37-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. Beləliklə, ulduz futbolçu Çempionlar Liqasında 39 komandaya qol vuraraq turnir rekorduna imza atıb.

Bu oyundan əvvəl Lionel Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldonun aktivlərində 38 komanda var idi.

Xatırladaq ki, portuqaliyalı Çempionlar Liqasının cari mövsümündə çıxış etmir.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"