6 dekabr 2025. Şənbə

Karlo Ançelotti Aleks Ferqyusonun rekorduna yaxınlaşdı


Karlo Ançelotti Aleks Ferqyusonun rekorduna yaxınlaşdı

İspaniyanın "Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti baş məşqçi kimi UEFA Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.

Corner.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis buna Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin II tur oyununda nail olub.

Ançelotti bu göstəricidə yalnız İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi Aleks Ferqyusondan geri qalır. Şotlandiyalı keçmiş mütəxəssis qitənin bir nömrəli klub turnirində 102 qələbə əldə edib.

Qeyd edək ki, Karlo Ançelotti karyerası ərzində İtaliyanın "Yuventus", "Milan", "Napoli", İngiltərənin "Çelsi", Fransanın PSJ və Almaniyanın "Bavariya" komandalarına da rəhbərlik edib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”