30 sentyabr 2026. Çərşənbə

Çelsi 22 il sonra bu aqibətlə üzləşdi


Çelsi 22 il sonra bu aqibətlə üzləşdi
“Çelsi” UEFA Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin 2 turundan sonra xoşagəlməz rekordla yadda qalıb. Corner.az xəbər verir ki, London klubu sentyabrın 14-də, “Zalsburq”la ev matçında heç-heçə edib (1:1).
 
Bundan əvvəl isə “zadəganlar” ilk turda Zaqreb “Dinamo”suna 0:1 hesabı ilə uduzmuşdu.
 
Bununla da, 1999/2000-ci il mövsümündən bəri ilk dəfə “Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin ilk iki oyununda qalib gələ bilməyib.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”