30 iyun 2026. Çərşənbə axşamı

Mbappe bunu bacaran ilk fransalı futbolçudur


Mbappe bunu bacaran ilk fransalı futbolçudur
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Makkabi” (Hayfa) ilə matçında (3:1) bir qola imza atıb. Corner.az xəbər verir ki, 23 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 6 matçda qol vuran ilk fransalı futbolçu ünvanına sahib olub. Mbappenin hesabında bu oyunlarda 8 qol var.
 
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 8 matçda 10 qol vurub.
 
Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
 
Çempionlar Liqasının qrup mərhələsinin 2 turundan sonra PSJ 6 xal toplayaraq, H qrupunda turnir cədvəlinə başçılıq edir.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu