30 iyun 2026. Çərşənbə axşamı

Çempionlar Liqasının finalı qitəni dəyişir!


Çempionlar Liqasının finalı qitəni dəyişir!

UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirməyi planlaşdırır.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, həlledici matçın bu ölkədə təşkili Avropa futbol qurumu üçün sərfəlidir.

İdeyanı Avropa Klublar Assosiasiyası (ECA) da dəstəklədiyi bildirilir. Belə bir addımın sponsorluq və televiziya hüquqlarının satışını da artıracağı gözlənilir.

Yerli promouterlər də final qarşılaşmasının ABŞ-da təşkilində maraqlıdır. Hətta UEFA-ya müvafiq təklif də göndərilib.

Qeyd edək ki, futbol tarixində UEFA Çempionlar Liqasının finalı heç vaxt Avropa qitəsindən kənarda keçirilməyib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu