6 dekabr 2025. Şənbə

Qarabağ Viktoriya'dan daha yaxşı idi


Qarabağ Viktoriya'dan daha yaxşı idi
Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la oyunlarda uğursuz olmalarının (1:1, 1:3) səbəbini açıqlayıb. Corner.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli çalışdırıcı, ÇL-in pley-offunda “Qarabağ”ın “Viktoriya”dan (Plzen, Çexiya) da güclü olduğunu bildirib:
 
“Bir büdrəmə, bir uğursuz gün, ötürmə, yanlış fitlə hər şey bitə bilər. “Qarabağ”la evdəki oyunda da belə alındı. Oyunun əvvəlində bizim qapıdan uzaqlaşmaqda olan rəqib hücumçuya ötürmə ilə demək olar ki, özümüzə qol vurduq. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 oldu. Azərbaycan komandası ilə səfərdə keyfiyyətli futbol oynayıb, 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Evdə isə belə başladıq və vəziyyəti dəyişməyi bacarmadıq.
 
Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Viktoriya”dan da yaxşı idi. “Qarabağ”ın qapıçısı bizimlə oyunda yüksəlişdə idi və hər topu tuturdusa, orada fərqli alındı. Azərbaycan çempionu rəqibdən güclü oynadı, amma Çempionlar Liqasının qrupuna düşə bilmədi. “Qarabağ” ənənələrə malik və səviyyəli komandadır”.
 
Çempionlar Liqası ilə vidalaşan “Ferentsvaroş” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”