23 oktyabr 2024. Çərşənbə

Fərdi səhvlərdən qollar buraxdıq


Fərdi səhvlərdən qollar buraxdıq
"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb. Corner.az xəbər verir ki, qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Hacıyev fikirlərini klub saytına açıqlayıb:
 
“Riskli oyun olmalı idi. Çünki biz 0:3 hesablı oyunda dönüş yaratmaq istəyirdik. Daha çox hücumlara atılmalı, qol vurmalı idik. Bu, oyunun əvvəlində reallaşmasa da, qarşılaşmanın gedişində üstünlüyü ələ aldıq. Komandadan razıyam. Verilən tapşırıqları yerinə yetirdilər. Amma bir top fərqi ilə öndə olanda iki qol buraxmağımız sevindirici hal deyil. Düşünürəm ki, futboldur, səhvlər oyunudur. Fərdi səhvlərdən qollar buraxdıq. Amma komanda olaraq yaxşı mübarizə apardıq. İnanıram ki, bu kollektivdə gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var. Bu da sevindirici haldır”.






Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"