23 oktyabr 2024. Çərşənbə

ÇL: Barselona İnter'ə uduzdu, Napoli Ayaks'ı darmadağın etdi


ÇL: Barselona İnter'ə uduzdu, Napoli Ayaks'ı darmadağın etdi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun baş tutub.

 A qrupunda ilk 2 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən "Napoli" Niderlandda "Ayaks"ın qonağı olub. Neapol təmsilçisi bu matçda darmadağınla qələbə qazanıb. Bu qrupun digər matçında isə "Liverpul" "Reyncers"lə üz-üzə gəlib və inamlı qələbə qazanıb.

B qrupunda Portuqaliya "Portu"su doğma meydanda Almaniya "Bayer"ini qəbul edib və qələbə qazanıb. İspaniya "Atletiko"su səfərdə Belçika "Brügge"sinə gözlənilməz şəkildə məğlub olub.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada keçirilib. "İnter" doğma meydanda "Barselona" ilə üz-üzə gəlib. Bu oyunda meydan sahibləri 3 vacib xalı tək qolla qazanıblar. C qrupunun lideri "Bavariya" isə Almaniyada Plzen "Viktoriya"sını darmadağınla məğlub edib.

Nəhayət, D qrupunda Fransanın Marsel "Olimpik"i doğma meydanda Portuqaliya "Sportinq"ini qəbul edib və inamlı qələbə qazanıb. İngiltərə "Tottenhem"i isə səfərdə Almaniya "Ayntraxt"ı ilə heç-heçə edib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
4 oktyabr

A qrupu

Liverpul (İngiltərə) - Reyncers (Şotlandiya) 2:0
Qol: Aleksandr-Arnold, 7. Salah, 53-pen.

Ayaks (Niderland) - Napoli (İtaliya) 1:6
Qol: M.Kudus, 9 – Raspadori, 18; 47. Di Lorenso, 33. Zelinski, 45. Kvaratsxeliya, 63.

Xal: Napoli - 9. Liverpul - 6. Ayaks - 3. Reyncers - 0.

B qrupu

Portu (Portuqaliya) - Bayer (Almaniya) 2:0
Qol: Zaydu, 69. Qaleno, 87.

Brügge (Belçika) - Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Sovah, 36. Yutqla, 62.

Xal: Brügge - 9. Portu – 3. Bayer - 3. Atletiko - 3.

C qrupu

Bavariya (Almaniya) - Viktoriya (Plzen, Çexiya) 5:0
Qol: Sane, 7; 50. Qnabri, 13. Mane, 21. Şupo-Motinq, 59.

İnter (İtaliya) - Barselona (İspaniya) 1:0
Qol: H.Çalhanoğlu, 45+2.

Xal: Bayern - 9. İnter - 6. Barselona - 3. Viktoriya - 0

D qrupu

Olimpik (Marsel, Fransa) - Sportinq (Portuqaliya) 4:1
Qol: A.Sançes, 13. Harit, 16. Balerdi, 28. Mbemba, 84 – Trinkao, 1.

Ayntraxt (Almaniya) - Tottenhem (İngiltərə) 0:0

Xal: Sportinq - 6. Tottenhem - 4. Ayntraxt - 4. Olimpik - 3.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"