28 iyul 2026. Çərşənbə axşamı

Barselona'da növbəti ciddi itki


Barselona'da növbəti ciddi itki
İspaniyanın “Barselona” klubu daha bir müdafiəçisinin xidmətindən məhrum olub. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Andres Kristensen də sıradan çıxıb.
 
26 yaşlı oyunçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş İtaliya “İnter”i ilə səfər oyununda (0:1) zədələnib. Sol topuq nahiyəsində burxulma qeydə alınan danimarkalı futbolçu bu matçın 58-ci dəqiqəsində Jerar Pike ilə əvəzlənmişdi. Klubun yaydığı məlumata görə, futbolçunun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
 
Xatırladaq ki, “Barselona”da Ronald Arauxo, Jül Kunde və Hektor Belyerin də zədə səbəbindən komandaya kömək edə bilmir.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"