- Çempionlar liqası
- 15:45 31.01.2025
"Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Ayaks”la görüşündə komandasının qələbəsini (6:1) şərh edib.
Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gürcü futbolçu arzularının gerçəkləşdiyini deyib:
“Mənə elə gəlir ki, arzularım artıq gerçəkləşir. Çünki Çempionlar Liqasında çıxış edirəm və qol vururam. Çox xoşbəxtəm, amma komandanın qalib gəlməsi mənim üçün daha vacibdir. “Ayaks” çox yaxşı oynamadı, amma ümumilikdə yaxşı oyunçuları olan güclü komandadır. Onlar mübarizəni davam etdirməlidirlər və hamısına uğurlar arzulayıram”.
Xviça əvvəllər Azərbaycan millisində forma geyinmiş Badri Kvaratsxeliyanın oğludur.