15 avqust 2026. Şənbə

Simeone Belçika klubuna məğlubiyyəti şərh etdi


Simeone Belçika klubuna məğlubiyyəti şərh etdi

"Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur matçında Belçika “Brügge”sinə məğlubiyyəti (0:2) şərh edib.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı argentinalı mütəxəssis, Belçika klubunun güclü olduğunu deyib:

“Brügge” çox güclü idi. Amma biz buna hazır idik. İlk hissə yaxşı idi, amma dəqiqlik və bəlkə də, inamımız bu gün yox idi. Bütün matçın gedişini dəyişə biləcək penaltini qaçırdıq. Lakin təslim olmaq fikrində deyilik. Qarşıda daha üç oyunumuz var və biz vəziyyəti düzəldə bilərik deyə düşünürəm”.

Çempionlar Liqasının qrup mərhələsinin 3 turundan sonra “Brügge” 9 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” 3 xalla 4-cü yerdədir.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu