27 mart 2026. Cümə

Mahir Emreli sabah heyətdə yer alacaq


Mahir Emreli sabah heyətdə yer alacaq

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya "Zaltsburq"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda meydana çıxa bilər.

 Corner.az məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı çalışdırıcı 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, millimizin üzvünə şans verib-verməyəcəyini açıqlamayıb.

Qeyd edək ki, FIFA Mahir Emrelini sabiq klubu olan Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"