30 iyun 2026. Çərşənbə axşamı

Bavariya'nın 2 futbolçusu ÇL oyununu buraxacaq


Bavariya'nın 2 futbolçusu ÇL oyununu buraxacaq

Almaniyanın "Bavariya" klubunun iki əsas müdafiəçisi Matteys de Liqt və Alfonso Deyvis Çexiyada "Viltoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununu buraxacaq.

Corner.az-ın məlumatına görə, sözügedən oyunçular zədə səbəbindən komandalarına kömək edə bilməyəcək.

Hər iki oyunçu Dortmund "Borussiya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri Bundesliqanın XII tur matçında sıradan çıxıb. Serj Qnabrinin isə qarşılaşmada iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 12-də keçiriləcək "Viktoriya" - "Bavariya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu