30 iyun 2026. Çərşənbə axşamı

Real'dan Çempionlar Liqasında yeni rekord


Real'dan Çempionlar Liqasında yeni rekord
İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, Madrid təmsilçisi buna ÇL-in qrup mərhələsinin 4-cü turunda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub.
 
İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır. 
 
Madridlilər yalnız 1996/97 mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu