23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la oyundan sonra məni səhv başa düşdülər


Qarabağ'la oyundan sonra məni səhv başa düşdülər
“Həmişə öz fikirlərimi səmimi deyirəm. Heç vaxt kimisə incitmək istəmirəm. Nə yaxşı ki, Azərbaycanda "Qarabağ"la oyundakı dumanla bağlı fikirlərimi gündəmə gətirdiniz, çünki o zaman çoxları bunu səhv başa düşmüşdü”.
 
Corner.az xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra işlətdiyi ifadələrə münasibət bildirərkən deyib.
 
27 yaşlı sağ cinah müdafiəçisi belə açıqlama ilə gündəmə gəlmək istəmədiyini söyləyib: “Sadəcə, meydana gələn tüstü bizi narahat edirdi. Nəfəs almaq çətin idi. Sonra bir neçə nəfər dedi ki, bu, şəhərdə müşahidə edilən güclü duman ola bilər. Mən ifadələri kortəbii işlədirəm. Şablon cavabları sevmirəm. Yəqin ki, azarkeşlər, oxucular da bunlardan sıxılır. Heç kəsi incitmək istəmirəm".
 
Qeyd edək ki, macarıstanlı oyunçu Bakıdakı qarşılaşmada manqal tüstüsünün havanı daha da ağırlaşdırdığını söyləmişdi.






Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"