23 oktyabr 2024. Çərşənbə

Daha üç komanda ÇL-ın 1/8 finalına vəsiqəni təmin etdi


Daha üç komanda ÇL-ın 1/8 finalına vəsiqəni təmin etdi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A qrupunda "Napoli" doğma meydanda "Ayaks"ı qəbul edib. Altı qolun qeydə alındığı matçda inamlı qələbə qazanan Neapol təmsilçisi pley-offa vəsiqəni rəsmiləşdirib. "Liverpul" isə Şotlandiyada "Reyncers"in qonağı olub və darmadağınla qalib gəlib.

B qrupunda Madrid "Atletiko"su İspaniyada "Brügge" ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Digər görüşdə "Bayer" "Portu"nu qəbul edib və bu oyunda qonaqlar inamlı qələbə qazanıb. Bu nəticələrdən sonra "Brügge" də 1/8 finala vəsiqəni təmin edib.

Günün maraqla gözlənilən matçı C qrupunda "İnter" səfərdə "Barselona"nın qonağı olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Qrupun autsayderi "Viktoriya" (Plzen) isə Çexiyada "Bavariya" ilə qarşılaşıb. Münhenlilər bu oyunda inamlı qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.

D qrupunda "Tottenhem" "Ayntraxt"ı, "Sportinq" isə Marsel “Olimpik"ini qəbul edib. London klubu evdə, Fransa təmsilçisi isə səfərdə qələbəyə sevinən tərəf olub.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
12 oktyabr

A qrupu

Napoli (İtaliya) - Ayaks (Niderland) 4:2
Qol: Lozano, 4. Raspadori, 16. Kvaratsxeliya, 62-pen. Osimhen, 90 – Klaassen, 49. Berqveyn, 83.

Reyncers (Şotlandiya) - Liverpul (İngiltərə) 1:7
Qol: Arfild, 17 – Firmino, 24; 55. D.Nunes, 66. Salah, 76; 80; 81. Elliot, 87.

Xal: Napoli - 12. Liverpul - 9. Ayaks - 3. Reyncers - 0.

B qrupu

Atletiko (Madrid, İspaniya) - Brügge (Belçika) 0:0

Bayer (Almaniya) - Portu (Portuqaliya) 0:3
Qol: Qaleno, 6. Taremi, 53-pen; 64-pen.

Xal: Brügge - 10. Portu - 6. Atletiko – 4. Bayer - 3.

C qrupu

Viktoriya (Plzen, Çexiya) - Bavariya (Almaniya) 2:4
Qol: Vikanova, 62. Kliment, 75 – Mane, 10. Müller, 14. Qoretska, 25; 35.

Barselona (İspaniya) - İnter (İtaliya) 3:3
Qol: Dembele, 40. Levandovski, 82; 90+2 – Barella, 50. L.Martines, 63. Qozens, 89.

Xal: Bayern - 12. İnter - 7. Barselona - 4. Viktoriya – 0.

D qrupu

Tottenhem (İngiltərə) - Ayntraxt (Almaniya) 3:2
Qol: Son, 20; 36. Keyn, 28-pen – Kamada, 14. Alidu, 87.

Sportinq (Portuqaliya) - Olimpik (Marsel, Fransa) 0:2
Qol: Genduzi, 20-pen. A.Sançes, 30.

Xal: Tottenhem - 7. Olimpik – 6. Sportinq - 6. Ayntraxt – 4.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"