27 mart 2026. Cümə

Bavariya Çempionlar Liqasında rekorda imza atdı


Bavariya Çempionlar Liqasında rekorda imza atdı
“Bavariya” qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə Çempionlar Liqasının rekordunu qırıb. Corner.az xəbər verir ki, Almaniya nəhəngi Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib.
 
Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib.
 
Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya” (Plzen) komandasını 4:2 hesabı ilə məğlub edib.
 
“Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. Münhenlilər beşinci turda “Barselona” ilə qarşılaşacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"