1 fevral 2026. Bazar günü

Salahdan Çempionlar Liqasında iki rekord


Salahdan Çempionlar Liqasında iki rekord

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında iki rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 30 yaşlı hücumçu buna Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli forvard 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb.

Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus olub. 37 yaşlı hücumçu 2011-ci ildə Fransa "Lion"unda çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə 8 dəqiqəyə 3 qol vurub.

Bundan əlavə, Məhəmməd Salah qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu ünvanına da sahib çıxıb. Çempionlar Liqasındakı qollarının sayını 45-ə yüksəldən hücumçu Kot d İvuardan olan Didye Droqbanı (44 qol) geridə qoyub.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”