15 avqust 2026. Şənbə

Daim fərqli heyətlə oynamaq çətindir


Daim fərqli heyətlə oynamaq çətindir

"Barselona”nın hücumçusu Robert Levandovski komandasının Çempionlar Liqasında “İnter”lə oyundakı (3:3) çıxışını şərh edib.

Corner.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı futbolçu komandada sabitliyin çatışmadığını deyib:

“Daha çox qol vurmaq istəyirdik ki, bəzən müdafiəni və “İnter”in əks-hücumlarını unudurduq. Onlar da çox asanlıqla məqsədlərinə çataraq qol vəziyyətləri yaradırdılar. Komandada son vaxtlar çoxlu zədələr var, daim fərqli heyətlə oynamaq çətindir. Bizdə sabitlik çatışmır və bəlkə də, buna görə belə nəticələr əldə edilir.

“İnter”ə üç qol vurduq, amma eyni sayda qol buraxdıq. Qələbə qazana bilmədiyimiz üçün məyus olduq. Bəzən soyuqqanlılığımız yox idi”.

“Barselona” ÇL-də 4 turdan sonra 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu