10 aprel 2026. Cümə

Modriçin adı ÇL matçının iştirak ərizəsindən çıxarıldı


Modriçin adı ÇL matçının iştirak ərizəsindən çıxarıldı
"Real”ın yarımmüdafiəçisi Luka Modriç UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 5-ci turunun “Leyptsiq”lə səfər matçı üçün komandanın heyətindən çıxarılıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə 37 yaşlı futbolçu komanda ilə Almaniyaya uçmalı olsa da, son anda adı iştirak ərizəsindən çıxarılıb. Bunun səbəbləri hələlik açıqlanmayıb.
 
Xorvatiyalı futbolçu bu mövsüm Çempionlar Liqasında 3 oyuna çıxıb, 1 qola imza atıb.
 
“Leyptsiq” – “Real” matçı oktyabrın 25-də keçiriləcək.






Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi