28 iyul 2026. Çərşənbə axşamı

Kopenhagen'dən ÇL-da yeni rekord


Kopenhagen'dən ÇL-da yeni rekord

Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, ölkə çempionu İspaniyada "Sevilya"ya 0:3 hesabı ilə uduzduğu qrup mərhələsinin V tur oyununda start heyətdə 6 yeniyetmə oyunçuya şans verib.

Əvvəlki rekord İngiltərə "Arsenal"ının 2009-cu ildə Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə məğlub olduğu görüşdə qeydə alınıb. Həmin vaxt London təmsilçisi 5 yeniyetmə oyunçunu meydana buraxmışdı.

"Kopenhagen"in oyunçusu Runi Bardaqji 16 yaş 344 günündə meydanda olub. Yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində 17 yaşdan aşağı debüt edən 19-cu futbolçudur.

Qeyd edək ki, G qrupunda 2 xalla sonuncu sırada qərarlaşan Danimarka klubu 5 qarşılaşmada qol vura bilməyib.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"