28 iyul 2026. Çərşənbə axşamı

Daha 3 komanda 1/8 finala yüksəldi


Daha 3 komanda 1/8 finala yüksəldi

UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, A, B, C və D qrupları üzrə bütövlükdə 8 oyun baş tutub.

A qrupunda "Liverpul" səfərdə "Ayaks"ın qonağı olub və darmadağınla qalib gələrək vaxtından əvvəl 1/8 finala adlayıb. Qrupun digər matçında "Napoli" doğma meydanda "Reyncers"i sınağa çəkib və növbəti qələbəsini rəsmiləşdirib.

B qrupunda "Portu" Belçikada "Brügge"nin qonağı olub və böyük hesabla qalib gələrək pley-offa vəsiqəni təmin edib. Buna Madrid "Atletiko"sunun "Bayer"lə ev oyununda xal itkisi ilə üzləşməsi şərait yaradıb.

C qrupunda "İnter" Plzen "Viktoriya"sına 4 cavabsız qolla qalib gəlib. Nəticədə İtaliya təmsilçisi vaxtından öncə 1/8 finala yüksəlib. "Barselona" isə doğma meydanda "Bavariya" ilə qarşılaşıb və darmadağına üzülüb. Kataloniya təmsilçisinin qrupda qalması rəsmiləşib.

D qrupunda isə "Tottenhem" evdə "Sportinq"lə heç-heçə edib. Qrupun digər oyununda Marsel “Olimpik"i "Ayntraxt"ın (Frankfurt) qonağı olub və məğlubiy olub.

Xatırladaq ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bayern" və "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
26 oktyabr

A qrupu

Napoli (İtaliya) - Reyncers (Şotlandiya) 3:0
Qol: C.Simeone, 11; 16. Estiqor, 80.

Ayaks (Niderland) - Liverpul (İngiltərə) 0:3
Qol: Salah, 42. Nunes, 49. Elliott, 52.

Xal: Napoli - 15 . Liverpul - 12. Ayaks - 3. Reyncers - 0.

B qrupu

Brügge (Belçika) - Portu (Portuqaliya) 0:4
Qol: Taremi, 33; 70. Evanilson, 57. Eustakio, 60.

Atletiko (Madrid, İspaniya) - Bayer (Almaniya) 2:2
Qol: Karrasko, 22. De Paul, 50 – Diabi, 9. Hadson-Odoi, 29.

Xal: Brügge - 10. Portu - 9. Atletiko - 5. Bayer - 4.

C qrupu

İnter (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 4:0
Qol: Mxitaryan, 35. Dzeko, 42; 66. Lukaku, 87.

Barselona (İspaniya) - Bavariya (Almaniya) 0:3
Qol: Mane, 10. Şupo-Motinq, 31. Pavar, 90+5.

Xal: Bayern - 15. İnter - 10. Barselona - 4. Viktoriya - 0

D qrupu

Tottenhem (İngiltərə) - Sportinq (Portuqaliya) 1:1
Qol: Bentankur, 80 - Eduards, 22.

Ayntraxt (Almaniya) – Olimpik (Marsel, Fransa) 2:1
Qol: Kamada, 3. Muani, 27 – Genduzi, 22.

Xal: Tottenhem - 8. Sportinq - 7. Ayntraxt – 7. Olimpik - 4.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"