27 mart 2026. Cümə

Edin Dzeko Droqbaya çatdı


Edin Dzeko Droqbaya çatdı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Çempionlar Liqası ilə bağlı maraqlı statistik rəqəmlər açıqlayıb.

Corner.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan “İnter” (Milan, İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) görüşü birincilərin hücumçusu Edin Dzeko üçün əlamətdar olub.

Belə ki, sözügedən matçda iki dəfə fərqlənən bosniya və herseqovinalı oyunçu 35 yaşı tamamladıqdan sonra qitənin ən nüfuzlu klub turnirində 5 qol vuran üçüncü oyunçu olub. O, bu göstərici ilə Fili Dişi Sahili millisinin, həmçinin “Marsel”, “Çelsi” və “Qalatasaray”ın keçmiş hücumçusu Didye Droqbaya çatıb.

Bu yaşdan sonra ən çox qol vuran oyunçu isə Kriştiano Ronaldodur – 12 qol.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"