27 mart 2026. Cümə

Konteyə bir oyunluq cəza


Konteyə bir oyunluq cəza
“Tottenhem”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Sportinq”lə matça (1:1) əlavə olunmuş vaxtda qırmızı vərəqə alıb. Corner.az xəbər verir ki, 90+6-cı dəqiqədə “Tottenhem”in kapitanı Harri Keyn qol vursa da, videotəkrar sisteminə baxdıqdan sonra oyundankənar vəziyyət səbəbindən qol qeydə alınmayıb.
 
Bundan sonra italyan çalışdırıcı sərt emosiya ilə reaksiya verib. Buna görə də, görüşün baş hakimi ona birbaşa qırmızı vərəqə göstərib.
 
“Tottenhem”in ÇL-in qrup mərhələsində beş oyundan sonra 8 xalı var və D qrupunun lideri olaraq qalır. “Sportinq” 7 xalla ikincidir. Qrup mərhələsinin son turunda “Tottenhem” Marsel “Olimpik”i ilə qarşılaşacaq. Qarşılaşma noyabrın 1-də keçiriləcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"