30 iyun 2026. Çərşənbə axşamı

ÇL-da həftənin futbolçusu açıqlandı


ÇL-da həftənin futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Portuqaliya "Portu"sunun iranlı hücumçusu Mehdi Taremi layiq görülüb.

30 yaşlı futbolçusu  səsvermədə Portuqaliya "Benfika"sından Rafa Silvanı, Fransa PSJ-sindən Lionel Messini və İtaliya "Napoli"sindən Covanni Simeoneni geridə qoyub.

Qeyd edək ki, Mehdi Taremi Belçikada "Brügge"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu