30 sentyabr 2026. Çərşənbə

Levandovski ÇL oyununu buraxacaq


Levandovski ÇL oyununu buraxacaq
“Barselona”nın hüçumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının bugünkü oyununu buraxacaq. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Polşalı futbolçu qrup mərhələsinin 6-cı turunun “Viktoriya” ilə matçında iştirak etməyəcək. Məşqçilər korpusu belində problemlər olan 33 yaşlı oyunçuya istirahət verməyi məqsədəuyğun sayıb. Oyunu üç sarı vərəqə üzündən Serxio Buskets də buraxacaq.
 
Qrupda bütün yerlərin sahibləri dəqiqləşdiyindən, son tur formal xarakter daşıyır. “Barselona” üçüncü yeri rəsmiləşdirib, “Viktoriya” sonuncu yeri tutub.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”