6 dekabr 2025. Şənbə

Daha 2 komanda ÇL-ın 1/8 finalına vəsiqə qazandı


Daha 2 komanda ÇL-ın 1/8 finalına vəsiqə qazandı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçirilən 8 oyundan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olub.

A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda - "Liverpul"la "Napoli" İngiltərədə qarşılaşıb. Bu qarşılaşma yalnız qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. Görüşdə inamlı qələbəyə sevinən Mersisayd təmsilçisi qrup lideri olublar. Qrupun digər görüşündə isə "Ayaks" Şotlandiyada "Reyncers"in qonağı olub və qələbə qazanaraq Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.

B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən "Brügge" Almaniyada "Bayer"lə, "Portu" isə evdə Madrid "Atletiko"su ilə münasibətlərinə aydınlıq gətirib. "Brügge" və "Portu" qrup liderliyi, "Bayer" və "Atletiko" isə 3-cü yer uğrunda mübarizə aparıblar. Portuqaliyada meydan sahibləri inamlı qələbəyə seviniblərsə, Almaniyadakı oyunda qapılara qol vurulmayıb. Bu nəticələrdən sonra "Portu" qrup lideri olubsa, "Brügge" ikinci yerlə kifayətlənib. "Bayer" Avropa Liqasına vəsiqə qazandığı halda, Madrid "Atletiko"su qrup sonuncusu olub.

C qrupunda bütün suallara aydınlıq gəldiyindən "Bavariya" - "İnter" və "Viktoriya" - "Barselona" matçları formal xarakter daşıyırdı. Almaniyada meydan sahibləri, Çexiyada isə qonaqlar qələbəyə sevinən tərəf olub.

D qrupunda isə 4 komandanın hər birinin pley-off şansı davam edirdi. Portuqaliyada "Sportinq" və "Ayntraxt", Fransada isə Marsel “Olimpik"i və "Tottenhem" arasında keçirilən görüşlərdə qələbə qazanan qonaqlar 1/8 finala yüksəliblər. "Sportinq" yoluna Avropa Liqasında davam edəcəsəksə, Fransa təmsilçisi qrupda sonuncu olub.

Xatırladaq ki, daha öncə "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bayern" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
1 noyabr

A qrupu

Liverpul (İngiltərə) - Napoli (İtaliya) 2:0
Qol: Salah, 86. D.Nunes, 90+9.

Reyncers (Şotlandiya) - Ayaks (Niderland) 1:3
Qol: Tavernye, 86-pen - Berqeys, 4. Kudus, 29. Konseysao, 89.

Xal: Napoli - 15. Liverpul - 15. Ayaks - 6. Reyncers - 0.

B qrupu

Portu (Portuqaliya) - Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Taremi, 5. Eustakio, 24.

Bayer (Almaniya) - Brügge (Belçika) 0:0

Xal: Portu - 12. Brügge - 11. Bayer – 5. Atletiko - 5.

C qrupu

Bavariya (Almaniya) - İnter (İtaliya) 2:0
Qol: Pavar, 32. Şupo-Motinq, 72.

Viktoriya (Plzen, Çexiya) - Barselona (İspaniya) 2:4
Qol: Çori, 51-pen; 63 – M.Alonso, 6. F.Torres, 44; 54. Torre, 75.

Xal: Bayern - 18. İnter - 10. Barselona - 7. Viktoriya - 0.

D qrupu

Sportinq (Portuqaliya) - Ayntraxt (Frankurt, Almaniya) 1:2
Qol: A.Qomes, 39 – Kamada, 62-pen. Muani, 72.

Olimpik (Marsel, Fransa) - Tottenhem (İngiltərə) 1:2
Qol: Mbemba, 45+2 – Lanqle, 54. Hoybyerq, 90+5.

Xal: Tottenhem - 11. Ayntraxt - 10. Sportinq – 7. Olimpik – 6.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”