30 iyun 2026. Çərşənbə axşamı

Şotlandiya klubu ÇL-da antirekordu yenilədi


Şotlandiya klubu ÇL-da antirekordu yenilədi

Şotlandiyanın "Reyncers" klubu UEFA Çempionlar Liqasında antirekordu yeniləyib.

Corner.az "Opta Co"ya istinadən xəbər verir ki, ölkə çempionu qrup mərhələsində top fərqinə görə buna nail olub.

Son olaraq Niderland "Ayaks"ına 1:3 hesabı ilə uduzan komanda 6 matçda qapısında 22-ci topu görüb. Cəmi iki qolla yadda qalan "Reyncers" yarışı - 20 top fərqi ilə başa vurub.

Əvvəlki antirekord Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə 22 top buraxsa da, üç qol vura bilmişdi.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu