30 iyun 2026. Çərşənbə axşamı

Klopp Liverpul'la 400-cü matçına çıxıb


Klopp Liverpul'la 400-cü matçına çıxıb

İngiltərənin "Liverpul"unun baş məşqçisi Yurgen Klopp bu komandanın sükanı arxasında 400-cü oyununa çıxıb.

Corner.az-ın Optaya istinadən məlumatına görə, almaniyalı mütəxəssis buna evdə İtaliya "Napoli"sinə qarşı keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında nail olub.

O, mersisaydlıların tarixində bu göstəriciyə çatan dördüncü mütəxəssisdir. Daha əvvəl Tom Uotson, Bill Şenkli və Bob Peysli "qırmızılar"ın baş məşqçisi kimi bu sayda oyun keçirib.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ilin oktyabrından "Liverpula"a başçılıq edir.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu