23 oktyabr 2024. Çərşənbə

ÇL-da qrup mərhələsinə yekun vuruldu


ÇL-da qrup mərhələsinə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, 6-cı turun sonuncu oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib.

E qrupunda "Milan" doğma meydanda "Zalsburq"u qəbul edib. İtaliya nəhənginə qrup 2-cisi olmaq üçün heç-heçə də qane edirdi. Amma meydan sahibləri bu istəyinə darmadağınla çatıblar. 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün səfərdə mütləq qələbə qazanmalı, eyni zamanda "Zalsburq"un "Milan"a məğlub olmasını gözləməli idi. Qarşılaşmada hesabı Zaqreb təmsilçisi açsa da, London klubu əzmkar qələbə qazanaraq Mahirin komandasına Avropa Liqasının pley-offuna çıxma ümidi puç edib. Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.

F qrupunda əsas diqqət Donetsk "Şaxtyor"u ilə "Leypsiq" arasındakı görüşə yönəlmişdi.  Bundesliqa təmsilçisinə növbəti mərhəyə adlamaq üçün heç-heçə də kifayət edirdi. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibinə mütləq qalib gəlməliydi. Əks halda "Donetsk" yoluna Avropa Liqasında davam edəcəkdi ki, nəticə belə də olub. “Leypsiq” "Şaxtyor"a, qrupun digər matçında isə Madrid “Real”ı doğma meydanda “Seltik”ə darmadağınla qalib gəlib.

G qrupunda Dortmund "Borussiya"sı "Kopenhagen"lə, "Mançester Siti" isə "Sevilya" ilə qarşılaşıb. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin etmişdi. Bu üzdən də son turun matçları yalnız qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. Danimarkada qalib müəyyənləşməyib. Mançesterdə isə meydan sahibləri inamlı qələbə qazanaraq qrup birinciliyi təmin ediblər.

Nəhayət, D qrupunda növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJ "Yuventus"la, "Benfika" isə Hayfa "Makkabi"si ilə üz-üzə gəlib. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirib. PSJ səfərdə inamlı qələbə qazanmaqla qrup lideri olub. “Benfika” da İsraildə Hayfa "Makkabi"si darmadağınla məğlub edib. Amma bu, qrup liderliyi üçün yetərli olmayıb. “Yuventus” Avroliqaya vəsiqə qazandığı halda, qrup “Makkabi” sonuncusu olub.

Daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
2 noyabr

E qrupu

Çelsi (İngiltərə) - Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Sterlinq, 18. Zakaria, 30 – Petkoviç, 7.

Milan (İtaliya) - Zalsburq (Avstriya) 4:0
Qol: Jiru, 14; 57. Kruniç, 46. Messias, 90+1.

Xal: Çelsi – 13. Milan – 10. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

Real (İspaniya) - Seltik (Şotlandiya) 5:1
Qol: Modriç, 6-pen. Rodriqo, 21-pen. Asensio, 51. Vinisius, 61. Valverde, 71 – Jota, 84.

Şaxtyor (Donetsk, Ukrayna) - Leypsiq (Almaniya) 0:4
Qol: Nkunku, 10. A.Silva, 50. Soboslai, 62. Bondar, 68-öz qapısına.

Xal: Real – 13. Leypsiq – 12. Şaxtyor – 6. Seltik – 2.

G qrupu

Kopenhagen (Danimarka) - Borussiya (Dortmund, Almaniya) 1:1
Qol: Haraldsen, 41 – Hazard, 23.

Mançester Siti (İngilttərə) - Sevilya (İspaniya) 3:1
Qol: Luis, 52. Alvares, 73. Mahrez, 83 – Mir, 31.

Xal: Mançester Siti – 13. Borussiya – 9. Sevilya – 5. Kopenhagen – 3.

H qrupu

Yuventus (İtaliya) - PSJ (Fransa) 1:2
Qol: Bonuççi, 45+2 – Mbappe, 13. Mendes, 69.

Makkabi (Hayfa, İsrail) - Benfika (Portuqaliya) 1:6
Qol: Çeri, 26 – Ramos, 20. Musa, 59. Qrimaldo, 73. R.Silva, 73. Arauxo, 88. J.Mario, 90+2.

Xal: PSJ – 14. Benfika – 14. Yuventus – 3. Makkabi – 3.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"