- Çempionlar liqası
- 15:45 31.01.2025
İtaliyanın "Milan" klubunun futbolçusu Olivye Jiru UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
Corner.az-ın məlumatına görə, fransalı hücumçu buna Avstriya "Zalsburq"una 4:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin VI tur oyununda nail olub.
Təcrübəli oyunçu qarşılaşmada dubla imza ataraq və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Jiru bu cür statistikaların toplanmağa başlandığı 2003/2004 mövsümündən sonra qitənin bir nömrəli klub turnirində 3 və daha çox qolun vurulmasında iştirak ədən ən yaşlı oyunçu ünvanına sahib olub. O, bunu 36 yaş 33 günündə bacarıb.
Qeyd edək ki, Olivye Jiru cüri mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 8 qol vurub və 4 məhsuldar ötürmə verib.