8 aprel 2026. Çərşənbə

Mahir Emreli: Səhvlərimizi təhlil etməliyik


Mahir Emreli: Səhvlərimizi təhlil etməliyik

"Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir. Səhvlərimizi təhlil etməliyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Mahir Emreli İngiltərədə "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra deyib.

25 yaşlı hücumçu artıq bunun keçmişdə qaldığını bildirib: "Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik".

Millimizin üzvü London təmsilçisi ilə görüşün çətin keçdiyini söyləyib: "Matça yaxşı başlamışdıq. Amma rəqibimiz böyük komandadır. Bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və qol buraxdıq. Onlar ikinci hissəyə yaxşı start vermişdilər. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Emreli Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb: "Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma "Dinamo" fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. "Çelsi" ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Onlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm".







Çempionlar liqası

 “Real” doğma meydanda “Bavariya”ya uduzdu
  • Çempionlar liqası
  • 01:04 08.04.2026
“Real” doğma meydanda “Bavariya”ya uduzdu
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
  • Çempionlar liqası
  • 23:34 07.04.2026
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
“Ev oyunlarının havası möhtəşəmdir”
  • Çempionlar liqası
  • 23:42 06.04.2026
“Ev oyunlarının havası möhtəşəmdir”
“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"