15 avqust 2026. Şənbə

ÇL-da həftənin ən yaxşı futbolçusu


ÇL-da həftənin ən yaxşı futbolçusu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliyanın "Milan" komandasının hücumçusu Olivye Jiru layiq görülüb.
 
Fransadan olan 36 yaşlı forvard səsvermədə İspaniyanın “Real” klubundan Federiko Valverde, Almaniyanın "Leypsiq" komandasından Kristofer Nkunku və İspaniya "Barselona"sından Ferran Torresi qabaqlayıb.
 
Xatırladaq ki, Jiru evdə Avstriya "Zalsburq"una 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu