15 avqust 2026. Şənbə

Ançelotti'dən ÇL-da yeni rekord - Ferqusson'u geridə qoydu


Ançelotti'dən ÇL-da yeni rekord - Ferqusson'u geridə qoydu
İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis buna ÇL-in qrup mərhələsinin 6-cı turunda Şotlandiyanın “Seltik" komandasına qalib gəldikləri (5:1) matçda nail olub.
 
Bu, 63 yaşlı mütəxəssisin sözügedən turnirdəki 103-cü qələbəsi olub. Ançelotti bununla da Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçiyə çevrilib.
 
Bundan əvvəlki rekord "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Ferqussona məxsus idi (102 qələbə).






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu