1 fevral 2025. Şənbə

Benzema karyerasında ilk dəfə bu aqibəti yaşadı


Benzema karyerasında ilk dəfə bu aqibəti yaşadı
İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema karyerasında ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyib. Corner.az xəbər verir ki, fransalı futbolçu 2022/23 mövsümündə turnirin bu mərhələsində 4 matça çıxıb.
 
34 yaşlı forvard yalnız "Şaxtyor"a (Donetsk, Ukrayna) qarşı görüşlərdə (2:1, 1:1) əvvəldən sonadək mübarizə aparıb. Fransalı futbolçu "Seltik"lə səfər oyununa (3:0) start heyətdə başlayıb və 30-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. O, bu komandaya qarşı ötən gün keçirilən ev matçında (5:1) 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb. "Leypsiq"lə hər iki görüşü (2:0, 2:3) buraxan Benzema 4 oyunun heç birində qol vurmağı bacarmayıb.
 
Bu, Benzemanın karyerasında ilk belə haldır. Forvard daha əvvəl həm Lion “Olimpik”inin, həm də "Real"ın heyətində ÇL-in qrup mərhələlərində qol vurmağı bacarmışdı.
 
Xatırladaq ki, Benzema 2009-cu ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, Lion “Olimpik”inin yetirməsidir və 2004-2009-cu illərdə bu klubun əsas komandasında çıxış edib.






Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"