14 may 2026. Cümə axşamı

Bakıdakı finalın nəticəsi Lion və Başakşəhər”'in xeyrinə olub


Bakıdakı finalın nəticəsi Lion və Başakşəhər”'in xeyrinə olub

"Çelsi"nin Avroliqanın qalibi olması "Lion" və "Başakşəhər"in işinə yarayıb.

Corner.az-ın məlumatına görə, Maurisio Sarrinin komandasının finalda "Arsenal"a üzərində qələbə (4:1) qazanması ən çox "Lion"a kömək olub. Fransa Liqasında cari mövsümün üçüncüsü Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsində deyil, birbaşa qrupdan başlayacaq.

Belə ki, UEFA-nın mövcud qaydalarına əsasən, Avropa Liqasının qalibi olan komanda növbəti mövsümdən birbaşa Çempionlar Liqasının qrupunda iştirak hüququ qazanır. "Çelsi" İngiltərə Premyer Liqasındakı nəticəsinə görə ÇL-in qrupunda oynamaq hüququnu təmin etdiyi üçün boşalmış bu vəsiqə UEFA reytinqində 5-ci olan ölkənin - Fransa çempionatının 3-cüsü "Lion"a verilib.

Həmçinin Türkiyə Superliqasını 2-ci pillədə tamamlayan “Başakşəhər” isə ÇL-ə 2 yox, 3-cü təsnifat mərhələsindən qatılacaq. İstanbul təmsilçisi bu mərhələdə məhz “Lion”u əvəz edəcək.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"