5 dekabr 2025. Cümə

"Tottenham"a çempionatda qalib gəlməyimizin önəmi yoxdur" - Klopp


"Tottenham"a çempionatda qalib gəlməyimizin önəmi yoxdur" - Klopp

"Biz yenidən finaldayıq. Komandam heç vaxt dayanmır, təslim olmur. Ötən il Çempionlar Liqasının finalında uduzmuşduq. Həmin zaman yenidən həlledici mərhələyə qayıtmalı olduğumuzu düşünürdüm. Bir ildən sonra növbəti dəfə Çempionlar Liqasının kubokunu qazanmaq şansımız var. Bu, çox əhəmiyyətlidir".

Corner.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Tottenhem"lə oyun öncəsi deyib.

O bildirib ki, İngiltərə Premyer Liqasında başa çatan mövsümdə hər iki matçda "Tottenhem"i məğlub etmələrinin hazırda bir önəmi yoxdur: "Rəqib böyük hörməyə layiqdir. Çətin oyun olacaq. Biz ölkə çempionatında onları udmuşuq və daha çox xal qazanmışıq. Amma bunların hazırda bir önəmi yoxdur. Final görüşünə hazır olmalıyıq".

Qeyd edək ki, Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək "Tottenhem" - "Liverpul" görüşü sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”