1 oktyabr 2026. Cümə axşamı

Final sükutla başlayacaq - Reyesə görə


Final sükutla başlayacaq - Reyesə görə

Çempionlar Liqasının final oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu "Arsenal", "Real", "Atletiko" və "Sevilya"nın sabiq futbolçusu Xose Antonio Reyesin ölümü ilə bağlıdır. "Tottenhem" və "Liverpul" klubları bu gün avtomobil qəzasında dünyasını dəyişən ispaniyalı futbolçunun xatirəsini 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qeyd edək ki, bu gün Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”