5 dekabr 2025. Cümə

Bu uğuru birlikdə qazandıq - Salah


Bu uğuru birlikdə qazandıq - Salah

Hamımız çox sevinirik. Finalda ardıcıl ikinci dəfə oynamaqdan və 90 dəqiqə meydada qalmaqdan məmnunam. Bu gün hər kəs əlindən gələnin ən yaxşısını etdi. Fərdi olaraq heç bir oyunçu önə çıxmadı, amma komanda şəklində möhtəşəm idik".

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri "Liverpool"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında "Tottenham"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Misirli hücumçu VAR sayəsində penalti qazanmalarına da münasibət bildirib: "Növbəti mövsüm VAR-ı İngiltərə Premyer Liqasında da görəcəyik. Amma indidən bunu çox bəyəndiyimi söyləyə bilərəm".

O, ÇL-in kubokunu qazandığı üçün inanılmaz hisslər keçirdiyini vurğulayıb: "Bu uğuru birlikdə bacardıq. Komanda şəkində vuruşduq və yekunda zəfərə nail olduq. Çox özəl bir andır. Bunu heç vaxt unutmayacağam".

Salah bu yerlərə gəlmək üçün çox fədakarlıq etdiyini söyləyib: "Əvvəlcə kənddən Qahirəyə getdim. Sonra isə yüksək səviyyədə çıxış edən misirli oyunçu oldum. Bu, mənim üçün inanılmazdır".







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”