27 iyul 2026. Bazar ertəsi

Sürix'in prezidenti: Qarabağ'ı keçsəydik...


Sürix'in prezidenti: Qarabağ'ı keçsəydik...
“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtarıb”. Corner.az xəbər verir ki, bunu İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsüm komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirərkən deyib.
 
O, “Sürix”in ÇL-in II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) yenilərək, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsini dəyərləndirib. Kanepa buna görə bir növ sevindiyini etiraf edib: “Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bavariya”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.
 
Qeyd edək ki, “Sürix” Avropa Liqasının A qrupunda sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb. “Qarabağ” isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"