26 iyul 2026. Bazar günü

Qarabağ'la oyun xatirəmdədir


Qarabağ'la oyun xatirəmdədir

“Nant”ın hücumçusu Mustafa Məhəmməd Avropa Liqasının qrup mərhələsindəki çıxışlarını dəyərləndirib. Corner.az xəbər verir ki, misirli forvard klubun rəsmi saytına müsahibəsində “Qarabağ”la oyunlara da toxunub.

25 yaşlı oyunçu Bakıda 0:3 hesabı ilə məğlub olduğu görüşü ən ağır məğlubiyyət adlandırıb:

“Olimpiakos” qarşısında “Nant”la ilk avrokubok oyunumu həmişə xatırlayacağam. Möhtəşəm zəfər idi. Hələ də baş məşqçinin meydanda qaçdığı gözümün önündədir. Həmçinin Bakıda “Qarabağ”a ağır məğlubiyyət də xatirəmdədir. Amma cavab matçında “Qarabağ” önündə uğur qazana bildik. Həmin axşam qardaşıma dedim ki, turnirdə daha da irəli getmək potensialımız var. “Olimpiakos”u məğlub edərək, bunu həyata keçirdik”.

Qeyd edək ki, Fransadakı görüşdə “Nant” “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Fransa klubu ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb, “Qarabağ” isə qrup üçüncüsü kimi Konfrans Liqasının pley-offunda iştirak hüququna yiyələnib.







Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"