6 dekabr 2025. Şənbə

Qarabağ'la cavab oyununun nəticəsi fəlakət idi


Qarabağ'la cavab oyununun nəticəsi fəlakət idi
"Qarabağ"la cavab oyununun nəticəsi fəlakət idi. Həmin matçda komandam dağıldı, kompakt oynaya bilmədik". Corner.az xəbər verir ki, bunu Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.
 
Ötən ilin iyulunda baş tutmuş matçları xatırlayan niderlandlı mütəxəssis bildirib ki, Poznandakı qələbədən (1:0) sonra səfərdə böyük hesabla uduzmaq məyusedici olub: "Bu görüşdən çox şey öyrəndik. Bunu özüm haqqında da deyə bilərəm. Çətin oyun alınmışdı. Müdafiənin mərkəzində problemlərimiz var idi. Çoxlu səhv etdik. Rəqib bunlardan istifadə edirsə, məğlubiyyət qaçılmazdır".
 
O, Azərbaycan təmsilçisinin son illər daim avrokubokların qrup mərhələlərində çıxış etdiyini vurğulayıb: "Onların kim olduğunu, heyətində kimlərin oynadığını xatırlamaq lazımdır. "Qarabağ" böyük avrokubok təcrübəsi və çoxlu sayda keyfiyyətli oyunçusu olan komandadır".
 
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaq.
 






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”