26 iyul 2026. Bazar günü

Kilian Mbappe Bavariya ilə oyunu buraxa bilər


Kilian Mbappe Bavariya ilə oyunu buraxa bilər

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransada Almaniya "Bavariya"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxa bilər.

Corner.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, buna 25 yaşlı hücumçunun Liqa 1-in XXI turunda "Monpelye" ilə matçda zədələnməsi səbəb olub.

21-ci dəqiqədə əvəzlənən forvard dizindən xəsarət alıb.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.







Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"