27 mart 2026. Cümə

İbrahimoviç Çempionlar Liqasında iştirak etməyəcək


İbrahimoviç Çempionlar Liqasında iştirak etməyəcək

İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç cari mövsüm UEFA Çempionlar Liqası oyunlarında iştirak etməyəcək.

Corner.az-ın məlumatına görə, 41yaşlı hücumçu qitənin bir nömrəli klub turniri üçün sifariş olunmayıb.

İsveçrəli forvard hazırda zədəsini sağaltmağa davam edir.

Bundan əlavə, "Milan"ın müdafiəçisi Serjinyo Dest də heyətdən kənarda qalıb. 23 yaşlı oyunçunu Malik Tşau əvəzləyib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2022-ci ilin mayında əməliyyat olunub. "Milan" Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi "Tottenhem" ilə üz-üzə gələcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"