30 sentyabr 2026. Çərşənbə

Mane PSJ ilə ilk oyunu buraxacaq


Mane PSJ ilə ilk oyunu buraxacaq

Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane Fransada PSJ-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

Corner.az-ın məlumatına görə, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsmann açıqlama verib.

Alman mütəxəssis ötən ilin noyabrında ciddi zədə alan seneqallı hücumçunun ən yaxşı halda fevralın ortalarında sıraya qayıdacağını bildirib: "Manenin PSJ ilə ilk matçda oynamayacağı dəqiqdir".

Bildirək ki, 31 yaşlı futbolçu zədə səbəbindən DÇ-2022-də də çıxış edə bilməyib.

Əlavə edək ki, PSJ - "Bavariya" oyunu fevralın 14-də keçiriləcək. Cavab qarşılaşması martın 8-də Münhendə olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”