23 oktyabr 2024. Çərşənbə

1/8 finalda asan rəqib gözləməyə dəyməzdi


1/8 finalda asan rəqib gözləməyə dəyməzdi
Fransanın PSJ komandasının baş məşqçisi Kristof Qaltye UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya “Bavariysına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, matçdan öncəki mətbuat konfransında bunları söyləyib:
 
“Bavariya” yaxşı komandadır. Bütün titullara sahib bir komandaya qarşı çıxış edəcəyik. PSJ hazırda iki oyun sistemindən istifadə edir. Fikrimcə, “Bavariya” kimi komandalarla oyunlarda üçüncü, tam fərqli oyun sistemindən istifadə etməliyik. Məşqçi heyətimizdən yeni variantlar üzərində çalışmağı xahiş etmişəm. Bizə topu daha tez özümüzə qaytarmaq üçün balanslaşdırılmış yeni bir model lazımdır”.
 
“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann da matçdan öncə fikirlərini belə şərh edib:
 
“PSJ çətin rəqibdir. Qrup mərhələsini ideal keçirməyimizin “mükafatı” belə rəqiblə qarşılaşmağımız oldu. Bizdə olduğu kimi, rəqib komandada da dünya səviyyəli çoxlu oyunçu var. Amma bu, Çempionlar Liqasıdır. Belə bir turnirin 1/8 final mərhələsində asan rəqib gözləməyə dəyməzdi”.






Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"