6 dekabr 2025. Şənbə

Pioli və Konte eyni şeyi düşünür


Pioli və Konte eyni şeyi düşünür
İtaliyanın “Milan” komandasının baş məşqçisi Stefano Pioli UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərə təmsilçisi “Tottenhem”ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çempionlar Liqasının 1/8 finalında asan rəqib gözləmirdik. “Tottenhem” maraqlı komandadır. Biz bu rəqibə qarşı ən yaxşı şəkildə hazırlanmağa çalışmışıq. Bu, “Milan” və İtaliya futbolunu yaxşı tanıyan güclü məşqçidən, usta oyunçulardan təşkil olunmuş, sıx oyun nümayiş etdirən, əla təşkilatlanmış komandadır. Fikrimcə, bərabər səviyyəli bir qarşılaşma olacaq”.
 
“Tottenhem”in baş məşqçisi Antonio Konte isə bunları bildirib:
 
“Çempionlar Liqası elə bir turnirdir ki, burada hər cür nəticə qeydə alına bilər. Bizi çox ciddi bir rəqib gözlədiyini yaxşı bilirik. Amma bunu da başa düşürük ki, oyun bərabər səviyyəli olacaq”.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”