30 iyun 2026. Çərşənbə axşamı

Milan'dan qələbə, PSJ uduzdu


Milan'dan qələbə, PSJ uduzdu

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçirilib. Corner.az xəbər verir ki,  ilk oyun günündə baş tutan hər iki görüşdə minimal hesablı qələbələr qeydə alınıb.

PSJ doğma meydanda “Bavariya”nı qəbul edib. Bu görüşün taleyini bir qol həll edib. 53-cü dəqiqədə Koman dəqiq zərbə ilə komandasına qələbə qazandırıb.  

Günün digər matçı İtaliyada baş tutub. A seriyasının çempionu “Milan” evdə İngiltərənin  “Tottenhem” klubunu qəbub edib. Bu matçında taleyinə bir qoll həll edib. Lakin bu dəfə 7-ci dəqiqədə Dias meydan sahiblərinə qələbə qazandıran qola imza atıb.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: K.Koman, 53.
Paris. “Park De Prens”.Baş hakim: Maykl Oliver (İngiltərə)
 
 
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: B.Dias, 7.
Milan. “San Siro”. Baş hakim: Sandro Şerer (İsveçrə)






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu